Bakıda sosial-iqtisadi durum

Bakı Şəhər Statistika İdarəsi yeni göstəricilər yayıb.

PİA.az bildirir ki, rəsmi açıqlamaya görə, paytaxtın müəssisələri və fərdi sahibkarları 2021-ci ilin yanvar-iyun aylarında 18,7 milyard manatlıq, əvvəlki ilin ilk yarısı ilə müqayisədə 4,2 faiz çox sənaye məhsulu istehsal edib.

Yarım ildə əsas kapitala 4 milyard 105,8 milyon manat məbləğində, 2020-ci ilin eyni dövrünə nəzərən 1,1 faiz çox vəsait qoyulduğu vurğulanır.

Hesabata əsasən, yanvar-iyun aylarında paytaxtın pərakəndə ticarət şəbəkəsində əvvəlki ilin ilk yarısı ilə müqayisədə 3 faiz çox məhsul satılıb, ödənişli xidmətlərdən əldə olunan gəlir 3,8 faiz artıb, 3,8 faizlik inflyasiya gedib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 4,6 faiz, qeyri-ərzaq malları 2,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 3,8 faiz bahalaşıb.

İyunun 1-nə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 944,4 manat göstərilir.

pia.az