Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir şəhərində, "Qırmızı körpü" adlanan yerdə qeydə alınıb. "VAZ-2107" və "VAZ-21011" markalı avtomobilərin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəsarət alanlardan biri - Nazim Hüseynov Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

pia.az