Həbs edilən deputat vergi işçisini də döyübmüş

Polis zabitini döydüyünə görə həbs edilən deputat Eldəniz Səlimov barəsində daha bir xəbər ortaya çıxıb.

PİA.az-ın xəbərinə görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat yayıb.

Məlumata görə, deputat hələ illər öncə vergi orqanlarında çalışarkən işçisini döyüb və buna görə işdən çıxarılıb.

Olay 2010-cu ildə baş verib.(Pravda.az)

pia.az