Separatçı liderdən növbəti sərsəmləmə: “Ruslar Qarbağda daimi qalmalıdır”

“Rusiya qoşunlarının Qarabağda yerləşməsi müvəqqəti deyil, daimi olmalıdır”.

Bunu Dağlıq Qarabağdakı separatçıların lideri Arayik Arutyunyan bildirib.

Onun sözlərinə görə, bölgə təkbaşına təhlükəsizliyi təmin edə bilməyəcək. “Bölgə elədir ki, biz təkbaşına sülhü, yəni təhlükəsizliyi təmin edə bilmərik. Burada rus qoşunlarının iştirakı müvəqqəti deyil, daimi olmalıdır".

Arutyuyanın fikrincə, əgər rus qoşunları bölgəyə girməsəydi, Qarabağın "tamam başqa taleyi olardı".(yeni sabah)

pia.az