Lənkəranda baş verən meşə yanğınları söndürüldü

Lənkəran rayonunun Moloja kəndi yaxınlığında meşə massivində baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən söndürülüb.

Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Qeyd edək ki, sözügedən meşə massivində yanğın ötən gün başlayıb. Əvvəlcə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb, bu gün isə tam söndürülüb.

pia.az