Türkiyədə 117 yanğın nəzarət altına alınıb

Son beş gündə Türkiyənin 35 bölgəsində 125 yanğın ocağı meydana gəlib.

Bu barədə ölkənin Meşə Təsərrüfatı İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanğınlardan 117-si lokallaşdırılıb.

Hazırda üç bölgədə səkkiz ocaqda yanğının nəzarət altına alınması ilə bağlı işlər aparılır.

pia.az