Əfqanıstanda hücum nəticəsində bir neçə dinc sakin həlak olub

Əfqanıstanın cənubundakı Qəndahar şəhərinin minaatandan atəşə tutulması zamanı 5 dinc sakin həlak olub.

Bu barədə “Report” “Ariana News” telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, minaatan mərmisi avtomobilə düşüb. Həlak olanlardan 2-ci uşaq, 1-i qadındır.

Ölkənin təhlükəsizlik orqanları hadisəyə görə “Taliban”ı ittiham ediblər.

pia.az