Daşkəsəndə dumanlı havada 2 nəfər itkin düşüb

Daşkəsən rayonunda 2 nəfər itkin düşüb.

PİA.az xəbər verir ki, rayonun Alıxançallı kənd sakini, 2010-cu il təvəllüdlü İsmət Bayramov və həmkəndlisi, 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyul ayının 30-da həmin kənd ərazisində at gətirmək adı ilə evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların dumanlı havada azmaları ehtimal olunur.

Hazırda hər iki şəxsin axtarışları davam etdirilir.

pia.az