Co Bayden ABŞ Konqresinin və əfqanların qorunmasına 2 milyard dollardan çox pul ayırdı

ABŞ prezidenti Co Bayden Konqresin kompleksinin mühafizəsinə, habelə Əfqanıstanda ABŞ Silahlı qüvvələrinə kömək edən əfqanların köçürülməsinə və qorunmasına 2,1 milyard dollar pul ayırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat yayılıb.

Yeni qanuna əsasən, ABŞ Milli qvardiyasının məsrəfləri üçün 521 milyon, infrastrukturun modernləşdirilməsinə 300 milyon, Kapitolidə fəaliyyət göstərən polislərin maaş və digər xərclərinə görə 70 milyon dollar pul veriləcək.

pia.az