Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində yanğın başlayıb.

PİA.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Yanğın çimərliyə yaxın ərazidə, “Dərya Fish House” restoranının yaxınlığında qeydə alınıb. 

İlkin məlumata əsasən, ərazidəki ağaclıq yanır. İnsanların oradan uzaqlaşdırıldığı bildirilir.

pia.az