Türkiyənin turizmdən gəlirləri üç milyard dolları ötüb

İlin ilk altı ayı ərzində Türkiyənin turizmdən əldə etdiyi gəlirlər 3 milyard 628 milyon dollar təşkil edib.

Bu barədə “Anadolu” agentliyi ölkənin statistika idarəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, gəlirlərin 73.1%-i xarici vətəndaşlar, 26.9%-i isə xarici ölkələrdən gələn Türkiyə vətəndaşlarının hesabına əldə olunub.

Turistlərin adambaşına düşən ortalama xərcləri isə 57 dollar təşkil edib.

pia.az