Türkiyədəki yanğınların 70-i nəzarətə alındı

Adana, Antalya, Muğla, mersin, İzmir və Osmaniyə başda olmaqla 24 bölgədə başlayan 81 meşə yanğınının 70-i nəzarətə alınıb.

Yenisabah.az türk mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Tvitter səhifəsində bildirib.

"Davam edən yanğınlara 6 təyyarə, 9 PUA, 1 pilotsu helikopter, 1 yanğınsöndürmə tanker, 45 helikopter, 1080 suçiləyici, 55 inşaat maşını, 4 mindən çox şəxsi heyətlə müdaxilə edilir", - deyə o qeyd edib.

pia.az