Kəmalləddin Heydərov Türkiyədəki yanğınlarla bağlı Mövlud Çavuşoğluna zəng edib

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmalləddin Heydərov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna telefonla zəng edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, nazir Kəmalləddin Heydərov Türkiyədə baş verən yanğınlarla bağlı Mövlud Çavuşoğluna “keçmiş olsun” mesajıını ünvanlayıb, fəlakətdə həlak olanlarla əlaqədar başsağlığı verib.

pia.az