Tokio-2020: Azərbaycan idmançı mükafatlandırılıb - Yenilənib

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınların yarışında 78 kq-dan yuxarı çəki dərəcəsində fərqlənən cüdoçular mükafatlandırılıb.

"Report"un məlumatına görə, medalçılar sırasında Azərbaycan təmsilçisi İrina Kindzerska da yer alıb.

O, Fransalı Romane Dicko ilə birlikdə bürün medal qazanıb. Yarımfinalda Kindzerskanı məğlub edən yaponiyalı Akira Sone qızıl, kubalı İdalis Ortis isə gümüş medala yiyələnib.

***

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

"Report"un məlumatına görə, buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medala yiyələnib.

Qeyd edək ki, bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən daha əvvəl ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib.

pia.az