Xaçmazda qadın bıçaqlanaraq qətlə yetirilib

Xaçmazda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin dəmiryol vağzalı ərazisində qeydə alınıb. İlkin məlumata görə, orta yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təfərrüatlar araşdırılır.

pia.az