Bodrumda daha bir DƏHŞƏT: Beşulduzlu hotel od tutub yandı - Video

Muğla Vilayətinin Bodrum rayonunda meşəlik ərazidə baş verən yanğın "Titanic Deluxe Bodrum" hotelə keçib.

Bu barədə "Haberler" məlumat yayıb.

Bildirilir ki, hazırda beşulduzlu hotelin içində olan vətəndaşlar təxliyə edilib.

Əraziyə Muğla Meşə Regional Müdirliyinin və Böyükşəhər Bələdiyyəsinin yanğından mühafizə qüvvələri cəlb edilib.

Hoteldəki yanğının söndürülməsi üçün 2 helikopter və 20 yanğınsöndürmə texnikası səfərbər edilib. (publika.az)

pia.az