Şahzadə Diananın toy tortu 40 il sonra hərraca çıxarıldı

Şahzadə Diananın toy tortu hərraca çıxarılıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Diana və Çarlzın toy tortundan illərdi saxlanılan bir dilim 400 funt-sterlinqə (təxminən 933 manat) auksiona çıxarılıb.

Təşkilatçılar tort diliminin daha baha qiymətə satılacağına ümiddirlər. Badamlı tort şahzadənin 23 rəsmi toyunun birində hazırlanıb.

Tortun 40 il sonra hərraca çıxarılması insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bu addımı mənasız adlandırıblar.

pia.az