Bolqarıstanın səhiyyə naziri: Vaksinasiya zamanı kobud səhvlərə yol verilib

Bolqarıstanda hökumət rəsmilərinin vaksinasiyanın təşkil olunmasında yol verdiyi kobud səhvlər nəticəsində on min insanın həyatı yarımçıq qalıb.

Bu sözləri Bolqarıstanın səhiyyə naziri Stoyço Katsarov “Nova” kanalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, vaksinasiya proqramında yaşlılar və xroniki xəstəlikləri olan insanların peyvənd olunması prioritet məqam kimi nəzərə alınmayıb.

O bildirib ki, koronavirusun ikinci dalğası zamanı vəfat edən şəxslərin 80 faizi də məhz yaşlılar olub.

“Bu həyatlar xilas edilə bilərdi”, – deyə Bolqarıstanın səhiyyə naziri təəssüflə vurğulayıb.

pia.az