ABŞ Dövlət Departamenti Kəlbəcərlə bağlı bəyanat yaydı

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmanı pisləyən bəyanat yayıb.

Açıqlamada tərəflərdən atəşkəs rejiminə riayət etmək çağırışı yer alıb.

“Münaqişənin uzunmüddəıtli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq”.

Açıqlama Dövlət Departamentinin rəsmisi Ned Prays tərəfindən verilib.

Ötən gün Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində azı 3 erməni hərbçisi ölüb, 5 yaralanıb. Azərbaycan tərəfinin isə 2 hərbçisi xəsarət alıb.

pia.az