Səudiyyə Ərəbistanı Pakistanla ittifaqı saxlayır - Ordu Pakistanın əsaslarından biridir

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Ravalpindidə Pakistan ordusunun qərargah rəisi general Kamar Caved Bacavla görüşüb.

Bu barədə iyulun 28-də «Dawn.com» nəşri xəbər verib.

Tərəflər bölgəsel təhlükəsizliklə bağlı məsələləri, o cümlədən Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Feysəl bin Fərhan Bacavı Səudiyyə Ərəbistanın Pakistanı və Pakistan ordusunu dəstəklədiyinə əmin edib.

Xatırladırıq ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Pakistanda səfərdədir və səfərin gedişində ölkənin yüksək məqamlı rəhbərliyi ilə görüşlər keçirib.

Ordu Pakistanın əsaslarından biridir və böyük təsir gücünə malikdir.

pia.az