Daşkəsəndə toyda qətl törədən şəxs saxlanılıb - Foto - Yenilənib

Daşkəsəndə toyda qətl törədən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs Alaxançalı kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğludur.

O, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

***

18:03

Daşkəsəndə qətl hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.İlkin məlumata görə, rayonun Alaxançalı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az