Əfqanıstanda son sutkada “Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

Əfqanıstanda son 24 saatda “Taliban” qruplaşmasının 438 silahlısı ölüb və yaralanıb.

“Sputnik Afqanistan” xəbər verir ki, məlumatı Əfqanıstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, iyulun 24-də hökumət qüvvələri ilə döyüşdə “Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb.

Məlumata görə, qruplaşmanın basdırdığı 21 mina aşkarlanıb.

Məlumata əsasən, Lağman, Nanqəhar, Nuristan, Kunar, Qəznə, Paktiya, Qəndəhar, Herat, Bəlx, Cauzcan, Gilmend, Kunduz və Kapisaya hücümlar, atışma davam edir.

pia.az