Tokio-2020: Cüdoçumuzun biri qələbə ilə başladı, digəri uduzdu

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Eşli Makkenzi (Böyük Britaniya) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hüseynov 1/8 finalda gürcüstanlı Lukum Tsxvimianiyə rəqib olub.

Qadınlarında yarışında isə Aişə Qurbanlı 1/16 finalda Katarina Koştaya (Portuqaliya) uduzaraq mübarizəni dayandırıb.

pia.az