Kənan Seyidov 5-ci Ordu Korpusunun komandiri təyin edilib

General-mayor Kənan Əlihüseyn oğlu Seyidov - Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilib.

PİA.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, K.Seyidov 5-ci Ordu Korpusunun komandiri təyin olunub.

pia.az