Nizam Osmanov müdafiə nazirinin müavini, idarə rəisi təyin olunub

General-leytenant Nizam Ramazan oğlu Osmanov müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edilib.

PİA.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Sərəncama əsasən, N.Osmanov Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib,

pia.az