Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı

"Azərbaycan Coca-Cola Bottlers" MMC istehsal etdiyi bəzi məhsulların satış qiymətini artırıb.

PİA.az qaynarinfo-ya istinadən bildirir ki, şirkət son 4 gündə "Coca-Cola", "Fanta", "Sprite" məhsullarının qiymətini plastik qabda 2 litiri 1 manat 50 qəpikdən 1 manat 60 qəpiyə yüksəldib.

Satıcılar şirkətin digər məhsullarının qiymətində də artımı istisna etmirlər.

pia.az