Məşhur cibgir və narkobaron Qəmərin oğlu "iş başında" yaxalandı - Video

Həyatının böyük bir hissəsini dəmir barmaqlıqlar arxasında yaşamış  məşhur cibgir Qəmərin oğlu "iş başında" yaxalanıb...

Sumqayıtda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı  əməliyyat keçirib.

Avtobuslardan, ticarət mərkəzlərindən oğurluq edən şəxs  saxlanılıb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şəhər ərazisində fəaliyyət göstərən 9 nömrəli marşrut xəttində sərnişinlərdən birinin cibindən içərisində 150 manat olan pul qabını oğurlayan 50 yaşlı Elxan Cəfərov saxlanılıb. Elxan Cəfərov yaşadığı evdən çıxaraq 9 nömrəli marşrut avtobusuna minib. Avtobusda olan sıxlıqdan istifadə edərək oğurluq əməlini həyata keçirib və növbəti dayanacaqda düşərkən polis əməkdaşları tərəfindən tutulub.

İstintaqa cəlb edilən Elxan Cəfərovun indiyədək  10 dəfə məhkum olduğu və ümumilikdə 20 il həbsxana həyatı yaşadığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, onun ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elxan Cəfərov Sumqayıt Polisi  tərəfindən yaxalanan  məşhur cibgir və narkotik alverçisi  Qəmər Cəfərovanın oğludur.

pia.az