Ukrayna prezidenti Gürcüstandadır

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, onun təyyarəsi Batumi beynəxlalq hava limanında enib.

V.Zelenski “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı XVII Batumi beynəlxalq konfransında iştirak edəcək.

Dövlət başçısı həmçinin Gürcüstan və Moldova prezidentləri – Salome Zurabişvili və Maya Sandu ilə birgə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşə da qatılacaq.

pia.az