Şarl Mişel Bakıda “Dağlıq Qarabağ” sözünü işlətmədi

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi ortaq mətbuat konfransı zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir dəfə olsun "Dağlıq Qarabağ" sözünü səsləndirməyib.

PİA.az xəbər verir ki, bundan əlavə, o, jurnalistlərin Ermənistan-Azərbaycan münaqişəsi ətrafında baş verən vəziyyətlə bağlı verilən suala cavabında "Dağlıq Qarabağ" ifadəsindən açıq şəkildə istifadə etməyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinə və müharibə əlillərinə mənzillər və avtomobillər hədiyyə edilməsi mərasimində deyib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur:

“Bu ifadə artıq istifadə edilə bilməz. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 7 iyul tarixində imzaladığım fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağ bölgələri birləşdirildi”. (Bizim.Media)

pia.az