Gənc aktrisa taksidə seksual xarakterli hərəkətlərə məruz qalıb - Foto

Bakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual xarakterli hərəkətlərə məruz qalıb.

Aktrisa “Bolt” taksi şirkətinin sürücüsünün ona qarşı əxlaqsız hərəkətlər etdiyini iddia edib:

“Bu gün “Bolt” taksi sürücü tərəfindən tacizə məruz qalmışam. Həmin şəxs arxaya çönərək dəfələrlə ayağıma baxıb, cinsi orqanına toxunurdu. Narahatlığımı dilə gətirməyə qorxurdum, “manyak”ın biri idi, maşını hara sürəcəyini bilmirdim. Utanmadan, sanki başqa yerə baxırmış kimi əyilib ayaqlarımın arasına baxmağa çalışırdı. Polisə şikayət etdim, sabah ərizə yazmağa gedəcəyəm” - deyə aktrisa qeyd edib.

pia.az