Leonid Kalaşnikov Ermənistanı Türkiyə ilə münasibət qurmağa çağırdı – Video

Rusiya dumasının deputatı Leonid Kalaşnikov yerli mətbuata müsahibəsində erməniləri düz danışmağa və Türkiyə ilə münasibət qurmağa çağırıb.

Türkiyə-Azərbaycan qardaşlıq münasibətindən danışan aparıcının “Rusiya bu əməkdaşlığa necə baxır?” sualına deputat açıq şəkildə cavab verib.

O bildirib ki, Rusiyanın indiyə kimi Türkiyə ilə heç vaxt bu qədər anlayışlı münasibəti olmayıb.

“Nəyə görə bu münasibətləri korlamalıyıq? Suriyada türklərlə ortaq dil tapdıq, həmçinin iqtisadiyyatda da. Keçmiş imperiya olan, bu çoxmillətli dövlətlə niyə dostluq münasibətlərimiz olmasın?”, – deyə, deputat qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

pia.az