Bakı metrosunda intihara cəhd edənin kimliyi müəyyən oldu - Yenilənib

Bakı metrosunun "Ulduz" stansiyasında qatar yoluna düşən şəxsin 22 yaşlı Həsənov Şahlar olduğu müəyyənləşib.

Bu barədə PİA.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə, o özünü pis hiss edib və bu səbəbdən qatar yoluna yıxılıb.

***

Bakı metrosunun "Ulduz" stansiyasında sərnişin özünü qatarın altına atıb.

PİA.az-ın məlumatına görə, bu səbəbdən qatarların hərəkəti dayanıb və sərnişinlər təxliyə olunub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a faktı təsdiq edib. (Report)

pia.az