Almaniyada təbii fəlakət: Onlarla insan itkin düşüb - Yenilənib, Video

Almaniyadakı daşqınlar nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bununla yanaşı, onlarla insanın itkin düşdüyü bildirilib.

Təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur.

***

Almaniyada aramsız yağışlar və daşqın altı evin çökməsinə səbəb olub.

SWR telekanalı xəbər verir ki, Adenauda (Reynland-Pfalz federal ərazisi) azı 30 nəfər itkin düşüb.

Daha 25 ev uçmaq təhlükəsi altındadır.

Polisin verdiyi məlumata görə, itkin düşənlərin dəqiq sayı hələ məlum deyil.

pia.az