Bulvarı bürüyən tüstünün səbəbi bilindi - Video

Dənizkənarı Milli Parkın "Kukla Teatrı"na yaxın hissəsini tüstü basıb.

PİA.az xəbər verir ki, axşam saatlarında Bakı bulvarında tüstüdən göz gözü görməz olub.

Buna səbəb isə bulvardakı restoranlardan biridir. Belə ki, restoranda kabab bişirildiyindən bütün ətrafı kababın tüstüsü və qoxusu basıb.

İnsanların dəniz kənarında, açıq havada istirahət etdiyi bir vaxtda belə tüstü və qoxu ilə qarşılaşması əlbəttə ki, xoşagələn deyil. Belə halların baş verməməsi üçün normalda restoranların mətbəxlərində tüstü bacaları olur və tüstü və qoxu bu bacalarla ətrafa zərər vermədən kənarlaşdırılır. Lakin görünür bu restoranda ya tüstünün zərərsizləşdirilməsi üçün xüsusi avadanlıqlar işləmir, ya da ki, ümumiyyətlə yoxdur. Ümid edirik, aidiyyəti qurumlar məsələ ilə bağlı müvafiq addımlar atacaq. (Ölkə.az)

pia.az