Laçın şəhəri Azərbaycana qaytarılacaq!

Laçın koridoru Laçın şəhərinin içindən keçir. Halhazırda nəzarət sülhməramlılardadır. Bu koridor vasitəsilə ermənilərin Xankəndiyə gedib-gəlməyi təmin edilir. Koridorun enliyinin 30 km olmasını təklif etmişdilər-Paket həll planında da, Madrid prinsiplərində də 10 Noyabr zamanında da!

Əgər bu dəhliz 30 km enliyində olsa idi, Laçın şəhəri əldən çıxa bilərdi. Lakin Prezident buna razılıq verməyərək koridorun enliyinin 5 km ola biləcəyini bildirdi.

Tərəflər razılaşdı. Azərbaycan tərəfi ermənilərin gedib-gələ bilməsi üçün başqa dəhliz inşa edəcəyini elan etdi. Yeni dəhliz marşrutu istifadəyə verildikdən sonra Laçın şəhəri geri qaytarılacaq! Yeni dəhliz "Qayğı"adlanan bölgədən keçəcək!

Çox güman, bu dəhliz 3 il müddətində istifadəyə veriləcək. İnşasına başlanılıb artıq.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev

pia.az