Şuşaya hansı ölkələrin səfirləri yollandı? - Siyahı

ABŞ, Rusiya və Fransanın ölkəmizdəki səfirlərinin Şuşaya səfərdən imtina etmələri ölkədə geniş müzakirələrə səbəb olub.

Bununla belə, 9-10 iyul günlərində Şuşaya səfər etmiş diplomatların kimliyi də maraqlıdır.

Milli.Az bildirir ki, 46 ölkənin səfirləri Azərbaycanın mədəniyyət paytaxtına səfər ediblər.

Onlar Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Hollandiya, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstanın, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın səfirlərii ilə müvəqqəti işlər vəkilləridir.

Almaniyanın Bakıdakı səfirinin qatılmadığı səfərdə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının nüməyəndələri də iştirak ediblər.

pia.az