Yunan nazirdən Ərdoğan barədə inanılmaz sözlər

Yunanıstan xarici işlər naziri Nikos Dendias "Meetpoint" adlı televiziya verilişində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə yüksək fikirlər səsləndirib.

Bakupost.az Teleqraf.com-a istinadən xəbər verir ki, jurnalist Olqa Tremminin suallarını cavablandıran yunan nazir Türkiyə prezidentinin bölgədə güclü lider olduğunu söyləyib.

"Türkiyəyə ən az Mustafa Kamal Atatürkün idarə etdiyi zaman qədər rəhbərlik edib və ölkəsinin fizionomiyasını dəyişdirib", - o bildirib.

Nazir Ərdoğanla bir neçə dəfə görüşdüyünü xatırladıb:

"Cənab Ərdoğan olduqca qonaqpərvər və mehriban şəxsiyyətdir. Həyatında çox uğurlar qazanıb. Onun barəsində danışarkən Ərdoğanın həyatına haradan başladığını, ölkəsini necə dəyişdirdiyini, necə güclü vəziyyətə gətirdiyinə diqqət yetirməliyik".

pia.az