Ucardakı ağır qəzada xəsarət alanların son vəziyyəti

Göyçay Rayon Mərkəzi Xəstəxanası (RMX) Ucar rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətini açıqlayıb.

Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı iki nəfər Goyçay RMX-yə daxil olub:

“Yaralılardan biri 10 yaşlı uşaqdır, o, daxili qanaxma, ətraf sumuklərinin sınığı ilə təcili yardıma götürülüb. Hazırda vəziyyəti stabildir. Reanimasiyada dinamik müşahidədədir. Digər 19 yaşlı xəstə isə çanaq sümüyünün, eyni zamanda bud sümüyünün sınığı ilə daxil olub”.

pia.az