İcra başçısının müavini işdən çıxarıldı

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov vəzifəsindən çıxarılıb.

PİA.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Lənkəran RİH-dən bildirilib. 

Məlumata görə, Xalid Rəhimov işdən çıxmaq üçün özü ərizə ilə müraciət edib.

O, səhhətində problem olduğu üçün vəzifəsindən uzaqlaşdırılmasını istəyib. X.Rəhimov həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

İcra başçısı Taleh Qaraşovun əmri ilə X.Rəhimov işdən azad edilib.

pia.az