Neyrocərrahiyyə Xəstəxanasında yanğının səbəbi açıqlandı - Video

Bakı şəhəri, Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) PİA.az-a verilən məlumata görə, yanğın söndürülüb.

İlkin ehtimala görə, hadisəyə səbəb qısaqapanma olub.

***

Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının binasında yanğın başlayıb.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına görüntülər göndərilib.

Həmin görüntüləri təqdim edirik:

pia.az