Pul ayrılsa da yol çəkilməyib: Daşkəsən sakinləri çətinlik çəkirlər - Video 

Yolun olmaması sakinlərə problemlər yaradır

Daşkəsənin Çıraqlı kəndinin sakinləri yol probleminə görə çətinlik çəkirlər.

PİA.az-ın Xezerxeber.az-a istinadən verdiyi məlumatına görə, Çıraqlı kəndinə getmək üçün yalnız bəzi avtomillərdən istifadə  edilir.

Kənd  yolu bərbat vəziyyətdə olduğundan hər maşınla bu kəndə gedib-gəlmək mümkün olmur.

Yolun olmaması sakinlərə problemlər yaradır.

Problemə münasibət bildirən kənd icra nümayəndəsi Ramiz İsmayılov yolun bir neçə dəfə daxili imkanlar hesabına hamarlandığını bildirib.

Ramiz İsmayılov, sakinlərin onu tapa bilməməklə bağlı şikayətlərini əsassız hesab edib.

2012-ci ildə ayrılmış dövlət vəsaiti hesabına kəndə yol çəkilişinin niyə başa çatdırılmaması məsələsinə isə aydınlıq gətirən olmayıb.

pia.az