Gündə nə qədər qarpız yemək olar? - Şəkər xəstələri, diqqət!

Dadlı və faydalı qarpız yay mövsümünün vazkeçilməzidir. Lakin əsasən sudan ibarət olan qarpızı da müəyyən miqdardan çox yemək olmaz.

PİA.Az medicina.az-a istinadən bildirir ki, rusiyalı həkimlərin fikrincə, böyüklər gün ərzində 500 qr-a qədər qarpız yeyə bilərlər. Bu miqdar sağlam insanlar üçün nəzərdə tutulub. Məsələn, şəkər xəstələri bundan 2 dəfə az və yalnız əsas qida qəbulundan sonra yeyə bilərlər.

"Qarpız şəkərlə zəngindir - 100 qr qarpızda 5-10 qr şəkər var. Bu səbəbdən qarpızın çoxlu miqdarda istehlakı mədəaltı vəzini ciddi şəkildə yükləyir və həmçinin artıq çəkiyə səbəb ola bilər", - alimlər bildirir.

pia.az