Şabranda avtomobil polisi vuraraq öldürdü

Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Uzunboyad kəndində qeydə alınıb.

Polis nəfəri, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu avtomobil vurub. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

pia.az