Qazaxda ağır qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

Bakı-Qazax avtomobil yolunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alanlar- Qazax rayon sakinləri, İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, İbrahimxəlilova Mehriban Tahir qızı, İbrahimxəlilova Pənah Mehman oğlu, İbrahimxəlilov Yusif Tahir oğlu, İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilova Mədinə Mehman qızı. Qəza nəticəsində daha 2 nəfər və sürücü xəsarət alıb.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qazax rayon Aslanbəyli kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıda- Qazax xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus hərəkətdə olan zaman anidən avtomobilin təkəri partlayıb və idarəetmədən çıxaraq aşıb. Xəsarət alan və bir ailənin üzvləri olanlar isə rayonun Kəmərli kəndinə gedirmişlər.

***

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aslanbəyli kənd yolunda qeydə alınıb.

Belə ki, avtomobil qəzası nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.

pia.az