“Rusiya İŞİD-in Əfqanıstanın şimalında güclənməsindən narahatdır” - Lavrov

“Rusiya İŞİD terrorçu qruplaşmasının Əfqanıstanın şimalında güclənməsindən narahatdır”.

Unikal.org-un verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bu bizi narahat edir. Bir sıra rəsmi şəxslərin Kabildəki məsuliyyətsiz davranışları, NATO qoşunlarının Əfqanıstandan tələsik şəkildə çıxarılması şəraitində İŞİD-çilər fəal şəkildə Əfqanıstanın şimalında, bizə müttəfiq olan ölkələrin sərhədindəki əraziləri tutur”, - deyə Rusiya XİN başçısı bəhreynli həmkarı Abdel Latif əz-Zeyni ilə birgə mətbuat konfransında bildirib.

S. Lavrov ölkəsinin Mərkəzi Asiya dövlətlərinin etibarlı müdafiəsi üçün bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında məsləhətləşmələr apardığını söyləyib: “Biz həm ikitərəfli kanallarla, həm də KTMT çərçivəsində məsləhətləşmələr aparırıq ki, Mərkəzi Asiyada olan qonşularımızı bu birbaşa və çox ciddi təhlükədən etibarlı müdafiə edək”.

pia.az