Bu ölkədə pişiklərə komendant saatı tətbiq edildi

Avstraliyada siçan, quş və kərtənkələ kimi heyvanların həyatını qorumaq üçün pişiklərə komendant saatı tətbiq edilib.

Unikal.org xəbər verir ki, bu barədə Melbourne şəhər bələdiyyəsi qərar verib. Belə ki, digər heyvanların həyati təhlükəsizliyini qorumaq üçün atılan addım insanlar tərəfindən müsbət qarşılanıb.

Qərar 1 oktyabr tarixindən qüvvəyə minəcək. Sevimli ev heyvanları yalnız bağçaya sərbəst çıxma imkanı olacaq.

pia.az