Kartal Tibet vəfat etdi

“Yeşilçam”ın ən məşhur aktyorlarından olan Kartal Tibet vəfat edib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktyor 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, rejissor və ssenarist kimi fəaliyyət göstərən Kartal Tibet sinemaya "Karaoğlan" filmi ilə ilk addımlarını atıb. "Boş çərçivə", "Zambaqlar açarkən", "Tosun Paşa", "Çalıquşu", "İnsan bir dəfə ölür", "Son hıçqırıq", "Tarkan", "Doktor Civanım" kimi bir çox ekran işlərində yer alıb. Bir zamanlar türk sinemasının ən yaraşıqlı aktyoru hesab edilən Kartal Tibet Türkan Şoray, Fatma Qirik, Filiz Akın kimi məşhurlarla onlarla filmdə çəkilib.

pia.az