“Spartak”dan Messiyə təklif - Foto

Moskva “Spartak”ının mətbuat xidməti “Twitter” hesabında Argentina millisinin hücumçusu Lionel Messiyə transfer təklifi edib.

“İrəliyə addım atmağın vaxtı çatıb! İrəli”, - deyə paylaşımda qeyd olunur. Paylaşımda həmçinin FIFA 21 video-oyununda Messiyə “qırmızı-ağlara” keçidlə bağlı təklifin görüntüsü əksini tapıb.

Xatırladaq ki, Messinin “Barselona” ilə müqaviləsinin vaxtı bu gün başa çatıb.

pia.az