Tokio-2020-yə lisenziya qazanmış idmançılarımız - Yeni siyahı

Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Azərbaycan idmançılarının sayı 47-yə yüksəlib.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Günay Malikqızının "Report"a verdiyi məlumata görə, vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 3-ü atletika, 3-ü üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i ağırlıqqaldırma, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində əldə edilib.

Bunlardan 4-ü lisenziya qazansa da, hələlik MOK-a təsdiq cavabı gəlməyib.

1. Anna Skidan (Atletika - çəkicatma)2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)3. Mariya Stadnik (Qadın güləşi - 50 kq)4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq)5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)8. Məryam Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)10. Zeynab Hummatova (Bədii gimnastika - qrup çoxnövçülük)11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)13. Ruslan Lunyov (Güllə atıcılığı - 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)14. Elçin Əsədov (Velosiped idmanı - şosse)15. Milad Beigi Hərçəqani (Taekvondo - 80 kq)16. Nazim Babayev (Atletika - üç təkanla tullanma)17. Tayfur Əliyev (Boks - 57 kq)18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq)19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)21. Anna Başta (Qılıncoynatma - sablya)22. Elis Manolova (Qadın güləşi - 68 kq)23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)24. Fəridə Əzizova (Taekvondo - 67 kq)25. Rafael Ağayev (Karate - 75 kq)26. İrina Zaretska (Karate - +61 kq)27. Edi Reski Dviçayo (Badminton)28. Kəramət Hüseynov (Cüdo - 60 kq)29. Orxan Səfərov (Cüdo - 66 kq)30. Rüstəm Orucov (Cüdo - 73 kq)31. Murad Fətiyev (Cüdo - 81 kq)32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq)33. Zelim Kotsoyev (Cüdo - 100 kq)34. Uşangi Kokauri (Cüdo - +100 kq)35. Aişə Qurbanlı (Cüdo - 48 kq)36. İrina Kindzerska (Cüdo - +78 kq)37. Rostislav Pevtsov (Triatlon)38. Cavid Çələbiyev (Boks - 63 kq)39. Lorenso Sotomayor (Boks - 69 kq)40. Alfonso Dominges (Boks - 81 kq)41. Məhəmməd Abdullayev (Boks - +91 kq)42. Firdovsi Farzaliyev (Karate - 67 kq)43. Emin Cəfərov (Stend atıcılığı) - vayld kart

Təsdiq olunmayıb, amma lisenziya qazanıblar:

44. Alexis Kopello (Atletika - üç təkanla tullanma)45. Ramil Vəlizadə (Üzgüçülük)46. Əliş Nəzərov (Ağırlıqqaldırma - 109 kq) - universal vəsiqə47. Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) - universal vəsiqə.

Qeyd edək ki, yekun siyahı iyulun 5-də müəyyənləşəcək. Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

pia.az