Özünü Xoyskinin nəvəsi kimi təqdim edən qızın yalanı üzə çıxdı - Video

Bir müddət əvvəl özünü Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan nəticəsi kimi təqdim edən Mariya xan Xoyskayanın yalanı üzə çıxıb.

Bununla bağlı AzTV-yə bütün sənədlərdə Mariya xan Xoyskayanın atası kimi qeyd olunan Azad xan Xoyski açıqlama verib.

O bildirib ki, Mariyanın Xoyski nəsliylə heç bir əlaqəsi yoxdur:

“Mənim yoldaşım 1998-ci ildə rəhmətə getdi. Mariyanın anası ilə də o ildə tanış oldum. Biz ailə quranda Mariya vardı, altıncı sinifdə oxuyurdu. Mən onu qızlığa götürdüm. Hazırda İsveçdə yaşayan Mariya xan Xoyskaya mənim qızlığımdır”.

pia.az